Elxan Məmmədova qarşı cəbhə genişlənir. AFFA həmkarlar ittifaqı İmişlidə də təşkilat yaratdı

AFFA həmkarlar ittifaqı bölgələrə səfərini davam etdirir. Allsport.az saytı xəbər verir ki, təşkilatın sədri Nazim Süleymanov və qurum üzvləri – Samir Ələkbərov, Naib Abdulla və Ramin Allahverdiyev Beyləqanda bir qrup futbol adamı ilə görüşüblər. Nazim Süleymanov təşkilatın fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib. Futbolumuzun durumu ilə bağlı müzakirə aparılıb, Beyləqanın futbol ictimaiyyətinin təklifləri dinlənilib.

Beyləqanın futbol ictimaiyyəti AFFA həmkarlar ittifaqının yaradılmasını dəstəklədiklərini bildiriblər. Görüşdə qeyd edilib İttifaqın ki, Beyləqanda da yerli təşkilatını yaratmaq vacibdir. Bu məsələnin yaxın zamanlarda həllini tapması üçün əməli addımın atılacağı bildirilib.

Sonra qurum üzvləri İmişlidə olublar. İmişlidə keçirilən görüşdə də yerli futbol ailəsinin təklifləri dinlənilib, geniş müzakirə aparılıb.  Daha sonra AFFA həmkarlar ittifaqının yerli təşkilatının təsis iclası keçirilib. Beləliklə, ilk dəfə olaraq İmişlidə yerli təşkilatı təsis olunub. Ramiz Qarayev təşkilata sədr seçilib.

Həmin kateqoriyadan