Elxan Məmmədovla Qurban Qurbanov U-21 milli ilə görüşüb

Bu gün milli komandaların məşq mərkəzində AFFA-nın baş katibi Elxan Məmmədov və baş məşqçi Qurban Qurbanov U-21 yığmanın üzvləri ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, hər 2 şəxs Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı oyunlarında futbolçularımıza uğurlar arzulayıb.

Bu yaş qrupu üzrə millimiz seçmə mərhələdə 2 ardıcıl səfər oyunu keçirəcək. Komandamız martın 22-də Kosovo, martın 27-də isə İrlandiya yığması ilə qarşılaşacaq.

Həmin kateqoriyadan