Elxan Məmmədovun AFFA-da sözdaşıyanı yenə saxtakarlığa yol açdı

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi «ay-ulduzlular»ımızın Azərbaycanda keçirdiyi rəsmi və yoldaşlıq matçları ərəfəsində jurnalistlərin bu oyunlarda stadionda çalışması üçün, qeydiyyat elanı edir. Allsport.az saytı xəbər verir ki, affa.az saytında akkreditasiya almaq istəyən KİV nümayəndələrindən bunlar tələb olunur:

Qeydiyyatdan keçənin adı, soyadı
Təmsil etdiyi KİV
Vəzifəsi
3×4 ölçüdə, elektron formatda şəkil

İçi mən daxil, həmkarlarım bu tələbi həmişə yerinə yetirirlər. Amma hər dəfə akkreditasiya alarkən, «Boz ev»in veridyi rəsmi sənəddə bunların heç birinin əksini görmürük. Orada sadəcə, rəqibin adı, görüşün başlama vaxtı göstərilir. Əslində isə, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi rəhbəri Mikayıl Nərimanoğlunun verdiyi sənəd birbaşa saxtakarlığa yol açır. Necə? İzahı fotoda göründüyü kimi sadədir:

Akkreditasiya alan istənilən KİV nümayəndəsi stadionun media təbəqəsinə daxil olub, yaxın həmkarının qeydiyyat sənədini müvəqqəti ondan alıb çölə çıxır və arenanın ətrafında dayanan tanışını, dostunu və ya qohumunumu deyim, sənədi ona verir. Onlar birgə arenaya, sonra media sektoruna giririlər. Kənar şəxs bu qayda ilə fasilə zamanı federasiyanın təşkil etdiyi ayaqüstü şam süfrəsində, futbolçularla söhbət xəttində, eləcə də mətbuat konfransında iştirak edə bilər.

Adını çəkməyəcəyəm. Bir həmkarım Azərbaycan – Xorvatiya matçına qeydiyyatdan keçə bilməmişdi. Eşitmişdi ki, həmin oyuna futbolla bağlı tanınmış bir iş adamı gələcək. Ona görə, əldən-ayaqdan gedib, həmkarlarından artıq akkreditasiyasının olub-olmadığını soruşurdu. İstədiyini tapdı-tapmadı, deyə bilmərəm. Amma eşitdim ki, sonradan «Bakcell Arena»ya girə bilib.

Bu məsələni əvvəllər də qabartmaq istəyirdim. Amma gözlədim ki, bəlkə AFFA rəsmisinin gözü ayığının altını da görə. Amma baxdım yox, səhvlər elə təkrarlana-təkrarlana gedir. Belədə, qərara gəldim bu məsələni qələmə alım. Qanunda, bu sənədlər kağız üzərində deyil, gerçəkdə ona görə tələb olunur ki, saxtayarlıq baş verməsin. Necə ki, Avrokubok matçlarında «Qarabağ» və «Qəbələ» komandaları bu düzgünlüyə əməl edirlər.

Kamran HACI

akr2 akr1

Həmin kateqoriyadan