Elxan Məmmədovun futbolçuları azlıqda qalan komandaya da uduzdu

19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Bakıda təşkil olunan 5-ci qrupda bu gün ikinci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanın U-19 yığması da növbəti görüşünə çıxıb.

Amma öncə qrupumuzda yer alan Bosniya və Herseqovina ilə Ukrayna yığmaları üz-üzə gəlib. İlk turda qalib gəlmiş komandaların oyunundan kimin qalib çıxacağı maraqla gözlənilirdi. Görüşdə hesabı bosniyalılar açsa da, ukraynalılar sonda meydandan əzmkar qələbə ilə ayrılıblar.

Nazim Süleymanovun çalışdırdığı yığma komandamız isə özü kimi ilk turda məğlub olmuş qardaş Türkiyə seçməsi ilə münasibətlərinə aydınlıq gətirib. Təəssüf ki, millimiz bu dəfə də meydanı məğlub tərk edib. Halbuki, ilk yarının sonlarında rəqib azlıqda qalıb və komandamız penalti vurmaq hüququ qazanıb. Amma futbolçularımız nə bu penaltidən, nə də say üstünlüyündən yararlana biliblər. Əksinə, türklər ikinci hissədə azlıqda ola-ola qol vuraraq, yığmamıza qalib gəliblər.

Qeyd edək ki, açılış turunda Türkiyə Bosniya və Herseqovinaya 1:2, Azərbaycan isə Ukraynaya 0:4 hesabıyla uduzmuşdu.

AÇ-2017-nin seçmə mərhələsi
5-ci qrup

12 noyabr

Bosniya və Herseqovina – Ukrayna – 1:3 (1:1)
Baş hakim: Tore Hansen (Norveç).
Baş hakimin köməkçiləri: Oystein Ytterland (Norveç), Mübariz Haşımov (Azərbaycan).
Dördüncü hakim: Ömər Paşayev (Azərbaycan).
Bakı. Bayıl stadionu.

Türkiyə – Azərbaycan – 1:0 (0:0)
Qol: A.Balıqçı, 57 (1:0).
Matçın 42-ci dəqiqəsində R.Hüseynov penaltidən yararlana bilməyib.
Sarı vərəqə: E.Ərsoy, 12. E.Uluxanov, 21. E.Zamanov, 38. E.Cəfərov, 70. A.Balıkçı, 74. M.Şəngəzər, 89. E.Cəfərov, 90+4. C.Ündər, 90+4.
Qırmızı vərəqə: A.Özfəsli, 41. E.Cəfərov, 90+4.
Baş hakim: Eiko Saar (Estoniya).
Baş hakimin köməkçiləri: Neeme Neemlaid (Estoniya), Frederic Haquette (Fransa).
Dördüncü hakim: Nicolas Rainville (Fransa).
Bakı. Bayıl stadionu.

Türkiyə: 12. Məhəmməd Şəngəzər, 2. Gökhan Kardeş, 5. Ertoğrul Ərsoy (k), 13. Əbdürrəhman Canlı, 14. Merih Dəmiral, 6. Abdullah Balıqçı (16. Hasan Özkan, 87), 7. Cengiz Ündər, 8. Alican Özfəsli, 15. Məhəmməd Karakoç, 17. Sabit Yılmaz (11. Hayrullah Alıcı, 78), 18. Məhəmməd Bəşir (9. Fatih Aktay, 46).
Ehtiyat oyunçular: 1. Übeyd Adıyaman, 3. Yusuf Acer, 10. Berkay Özcan.
Baş məşqçi: Vədat İncəəfə.
Azərbaycan: 1. Tolqa Şahin, 2. Sertan Taşqın, 4. Bəhlul Mustafazadə (k), 7. Mahid Mədətov (11. Emil Həsənzadə, 19), 13. Elgün Uluxanov, 14. Yusif Nəbiyev, 8. Emin Zamanov (19. İsmayıl İbrahimli, 62), 18. Əli Səmədov, 20. Roman Hüseynov, 9. Rəsul Babazadə (17. Fərid Kərimzadə, 83), 10. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 12. Ağaseyid Qasımov, 3. Ayxan Əsədov, 16. Eltun Turabov, 23. Elçin İsmayılov.
Baş məşqçi: Nazim Süleymanov.

Həmin kateqoriyadan