Elxan Məmmədovun futbolçusu Alvaro Servereya lazım olmayıb

İspaniya Sequnda liqasında 13-cü turun görüşləri oynanılıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Kadis” doğma meydanda “Hueska” ilə üz-üzə gəlib.

Ev sahibləri bu qarşılaşmada üstün olublar – 1:0. Futbolçumuzun adı matçın iştirak ərizəsinə daxil edilməyib. “Sarı dəniz mənzərəçiləri” 13 turdan sonra 17 xalla 22 klub arasında 11-ci sıradadır.

Həmin kateqoriyadan