Elxan Məmmədovun futbolçusu “Eybar”ın 2 üzvünün seks videosunu yaymaqda günahlandırılır

İspaniyanın “Eybar” klubunun üzvləri Antonio Luna və Serxi Enriç bu ölkədə qalmaqallı cinsi əlaqə ilə gündəmə düşüblər. Allsport.az saytı xəbər verir ki, onların bir qızla seks videosu internetdə yayılıb. Həmin xanımın adı açıqlanmasa da, ispaniyalı həmkarlarımız onun San-Sebastyandakı kaferlərdən birində ofisiant işlədiyini bildirir.

Əslində bu hadisə çoxdan baş verib. İndi üzə çıxmasında isə, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun da adı hallandırılır. Guya həmin videonu internetə məhz yarımmüdafiəçimiz ötürüb. Hadisənin baş qəhrəmanları buna görə ilk növdədə Eddini günahlandırırlar.

Onlar iddia edir ki, AFFA baş katibi Elxan Məmmədovun yığmamızə gətirdiyi futbolçu “Eybar”da çıxış edərkən, həmin videonu yalnız ona göstəriblərmiş.

Həmin kateqoriyadan