Elxan Məmmədovun növbəti hoqqası: Ramil Şeydayevin maaşını “Trabzonspor” yox, AFFA ödəyir

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə bağlı maraqlı iddia ortaya atılıb. Allsport.az saytının xəbərinə görə, futbolçunun Türkiyənin “Trabzonspor”a keçidi və Azərbaycan yığmasında oynamağa razılıq verməsi ilə bağlı yeni faktlar üzə çıxıb.

“Futbol+” nəşri yazır ki, Rusiyada oynamış forvard Trabzon klubuna məhz AFFA-nın xüsusi əməyi nəticəsində keçib. Türkiyə təmsilçisi ona bu transferə görə 1,6 milyon avro ödəməlidir. Amma bu 4 illik anlaşmanın maliyyə tərəfini “Trabzonspor” yox, AFFA həll edəcək. Şeydayevin də məhz bu anlaşma sayəsində yığmamızda oynamağa razılıq verdiyi bildirilir.

AFFA-nın baş katibi Elxan Məmmədov isə azerisport.az saytına açıqlamasında məsələyə belə münasibət bildirib: “Mən bu ilk dəfə eşidirəm. Yerli mətbuatın Şeydayevlə bağlı niyə belə qarayaxma apardığını başa düşə bilmirəm”.

Həmin kateqoriyadan