Elxan Məmmədovun xəbərçisi Gəncədə 72 000 manata mülkü hansı pulla tikdirib?

AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbər vəzifəsindən və “Kəpəz”in müşahidə şurasında sədr müavinliyindən qovulan Mikayıl Nərimanoğlunun evini satdığını xəbər vermişdik. Allsport.az saytı xəbər verir ki, o, Gəncədə tikdirdiyi mülkü 72 min manata sataraq klubun büdcəsindən oğurladığı məbləğin çatışmayan hissəsini yerinə qoymaq istəyib.
İşin maraqlı tərəfi məhəllə evinin sabiq sədr müavinini məşhər ayağına çəkdirən Cabir İbrahimovun əlinə keçməsidir. Elxan Məmmədovunun xəbərçisi bu evi məhz Cabir bəyin yaxınlarından birinə verməyə məcbur olub. Futbolinfo.az-ın məlumatına görə, hazırda Gəncə stadionunun direktoru kimi çalışan şəxs söz-söhbətdən uzaq olmaq üçün əmlakı bir dostunun adına qeydiyyata aldırıb.
O, fevralda yazılan bu xəbəri təkzib etmişdi. Amma srağagün “Futbol+” qəzetinə fərqli söz deyib, həmkarımızın xəbərini təsdiqləyib: “Yazılanlarla tanışam. Hətta bəzi saytlarda yazılmışdı ki, İbrahimov evi özünə alıb, sadəcə, sənəd üzrəində başqasının adına qeydiyyatdan keçirilib. Belə bir şey yoxdur. Düzdür, həmin evi mənə yaxın olan adam alıb. Qiyməti də səhv etmirəmsə, yazıldığı kimi 72 min manat civarında olub. Ancaq bu məsələnin məhz mənə heç bir aidiyyatı yoxdur. Biri satıb, başqası alıb, burda nə var ki. Bizim mətbuat qarışqadan fil düzəltməyi xoşlayır. Gəncə o qədər də böyük şəhər deyil ki, nəyisə gizlətmək olsun. Hamı yaxşı bilir ki, evi alan adam kimdir”.

Həmin kateqoriyadan