Elxanomikanın təzahürü: 130 manat əmək haqqı, 103 manatlıq milli futbol geyimi

AFFA-nın rəsmi səhifəsi milli komandamızın futbol dəstinin qiymətini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, geyim dəsti 103 manata başa gəlir. Üst geyim 49, şort 36, getr isə 18 AZN-dir. Artıq sosial şəbəkədə bununla bağlı müzakirələr gedir və xüsusilə həmkarlarımız fəaldır. Əksəriyyət orta aylıq əmək haqqı 528, minimum əmək haqqı 130 manat olan ölkə üçün bu qiymətlərin həddindən artıq baha olduğu qənaətindədir. Həmkarlarımızdan Zaur Xudiyev bir sıra ölkələrlə müqayisə də aparıb.

Azərbaycan: forma – 103 AZN, minimum əmək haqqı – 130 AZN
Türkiyə: forma – 300 TL, minimum əmək haqqı – 1600 TL
Fransa: forma – 85 avro, minimum əmək haqqı – 1750 dollar
Almaniya: forma – 100 funt, minimum əmək haqqı – 1532 avro
İspaniya: forma – 100 funt, minimum əmək haqqı – 1114 dollar

Göründüyü kimi, bizdə əksəriyyəti minimum əmək haqqına möhtac əhali həmin formaları alsa, o zaman ay ərzində başqa xərcə qatlaşmamalıdır. Yəqin ki, AFFA bununla sadə camaatı stadionlardan qaçaq salmağı düşünür, eyni zamanda onları milli formaya layiq bilmir. Bu idman geyimlərini yalnız imkanlı adamlar ala bilər.

Futbolinfo.az-ın məlumatna görə, bahalı “Nayk” formalarını milli üçün seçənlər yəqin ki, bu amilləri nəzərə almayıb. Ya da onlar bu firmanın 3-4-cü növ məhsullarına bu qədər baha satmaqla yalnız öz ciblərini doldurmağı düşünür. Axı, forma monopoliyası birbaşa AFFA-nın baş katibi Elxan Məmmədova məxsusdur.

Həmin kateqoriyadan