Emil Balayev: “Nəticənin ədalətli olduğunu düşünürəm”

“Tobol”un qapıçısı Emil Balayev Qazaxıstan premyer-liqasının 18-ci turunda “Ordabası” ilə oyundan sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, millimizin üzvü 0:0 bitən matç haqda bunu deyib:

“Bir neçə gün əvvəl Lüksemburqun “Jeness Eş” klubu ilə çətin oyun keçirdik. Bunu unudub, qısa zamanda “Ordabası” ilə matçın hazırlığına başladıq. Bizə çətin olacağını bilirdik. Hər 2 komandanın fürsəti oldu. Nəticənin ədalətli olduğunu düşünürəm”.

Həmin kateqoriyadan