Emil Balayevsiz “Ayntraxt”dan məğlubiyyət

Almaniya Bundesliqasında 13-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Ayntraxt” da növbəti matçına çıxıb.

Frankfurt təmsilçisi doğma meydanda “Bayer”lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Zədəli olan Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Ayntraxt” hazırda 14 xalla 12-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan