Emil Balayevsiz “Ayntraxt” yenə xal itirdi

Almaniya Bundesliqasında 19-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı qapıçı Emil Balayevin komandası – “Ayntraxt” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Volfsburq”la qarşılaşıb. Oyun 1:1 hesabıyla bitib. Emilin adı matçın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, “Ayntraxt” hazırda 24 xalla 9-cu yerdə gedir.

Həmin kateqoriyadan