Emil və Ernest Ağakişi qardaşları Avropa çempioatında 3 görüşü idarə edəcəklər

Ölkəmizin Avropa dərəcəli hakimləri – Emil və Ernest Ağakişi qardaşları 19 yaşlı həndbolçu qızlardan ibarət milli komandaların Avropa birinciliyinin seçmə yarışlarını idarə edəcəklər.

Allsport.az saytı xəbər verir ki, referilərimiz 5-ci qrupda yer alan Portuqaliya, Fransa, Yunanıstan və İsrail kollektivlərinin görüşlərində ədaləti qoruyacaqlar.

İlk matç aprelin 17-də, son 2 adı çəkilən yığmalar arasında olacaq. Mübarizə 3 gün davam edəcək.

Həmin kateqoriyadan