- Baxış sayı: 30
- 28 Mart 2024 14:00
- Baxış sayı: 161
- Mart 28, 2024
- 0
Emil və Ernest Ağakişi qardaşlarından ibarət Avropa dərəcəli handbol hakimlərimiz noyabrın 26-da Çağırış kubokunun 3-cü mərhələsinin cavab görüşünə təyinat alıblar.
Allsport.az saytı xəbər verir ki, referilərimiz Niderlandda kişilər arasında yerli “Hurry-Up” ilə “Göztəpə” (Türkiyə) matçında ədaləti qoruyacaqlar. Bu görüşün EHF nümayəndəsi isveçli Mikael Zelanderdir.