Emin Mahmudov: “Keşlə”yə qarşı oynamaq çətindir

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov “Keşlə” ilə oyundan sonra klubun açıqlama verib. Allsport.az saytı xəbər verir ki, qələbə qolunun müəllifi öz oyunundan məmnun qalıb:

“Çox ağır oyun oldu. Ümumiyyətlə, “Keşlə”yə qarşı oynamaq çətindir. Asan rəqib deyil. Azərbaycan çempionatında bütün görüşlər bizim üçün çətin keçir.

Bugünkü matç da istisna olmadı. Bununla belə, qələbə qazandığımız üçün xoşbəxtik. Bu çox vacib 3 xal oldu. Qol vurduğum üçün şadam, amma əsas odur ki, komandamız qalib gəldi”.

Həmin kateqoriyadan