Emin Mahmudov: Rusiya top-klublarında legionçular bizimkilərdən daha güclüdürlər

“Neftçi”nin futbolçusu Emin Mahmudov qitə liqasının 2-ci təsnifatında “Arsenal”a qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, kapitan hər 2 klubda legionçuların səviyyəsinin eyni olduğunu deyib: 

“Məncə, bizdəki əcnəbilərlə “Arsenal”ın legionerçuları arasında elə böyük fərq yoxdur. Rusiya çempionatının ikinci “8-liy”ində qərarlaşanlarla bizim legionerlər eyni səviyyədədirlər. Təbii ki, Rusiya top-klublarında legionçular bizimkilərdən daha güclüdürlər.

Kirill Kombarovla 2 il bir yerdə oynamışıq. Əlbəttə, sabah həm onunla, həm digər oyunçularla, həm də ikinci və üçüncü məşqçilərlə görüşüb, danışacağam. Çoxdandır əlaqə saxlamırıq. Köhnə dostlara qarşı oynamaq xoş olacaq”.

Həmin kateqoriyadan