Emin Nurili “qırmızı qardaşlar” İsveç Yüksək liqasını 6-cı yerdə bitirib

İsveç Yüksək liqasında mövsümün sonuncu, 30-cu turunun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası səfərdə 2-ci pillədə qərarlaşan AİK ilə qarşılaşıb.

“Kalmar” bu görüşdə məğlub olub (1:3).Futbolçumuz mübarizəyə həmişəki kimi start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. “Qırmızı qardaşlar” topladığı 44 xalla mövsümü 16 klub arasında 6-cı yerdə bitirib.

Həmin kateqoriyadan