“Erməni boksçu üzərində qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr edirəm”

Türkiyənin Samsun şəhərində boksçuların Avropa olimpiya təsnifat turnirinin yarımfinalında Ermənistan təmsilçisi Aram Avaqyanı məğlub edərən Cavid Çələbiyev (56 kq) Ri0-2016-ya vəsiqə qazanıb. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra açıqlama verən dünya çempionumuz düşmən idmançı üzərində qazandığı qələbəni işğal olunmuş torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinə həsr etdiyini bildirib:

“Qazandığım vacib qələbəyə görə çox sevincliyəm. Erməni boksçu üzərində qazandığım qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr edirəm. Bildirmək istəyirəm ki, hər birimiz vətənimiz uğrunda canımızdan keçməyə hər an hazırıq. Biz hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik və vətən uğrunda son nəfəsimizə qədər döyüşməyə hazırıq”.

Həmin kateqoriyadan