«Ermənistan Olimpiya Komitəsi Bakı-2015-də iştiraka rəsmi razılıq verdi»

21-22 noyabrda paytaxtımızda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası kecirilib. Allsport.az saytının məlumatına görə, toplantı öz işini başa çatdırdıqdan sonra, təşkilatın rəhbəri Patrik Hikki bu gün “Fairmont Baku Flame Towers” mehmanxanasında KİV önünə çıxdı. AOK prezidenti dedi ki, artıq Ermənistan tərəfi Bakı-2015-də çıxışını rəsmən təsdiqləyib:

«Bir neçə həftə əvvəl Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla Ermənistanda olmuşduq. Ev sahibləri burada iştirak etmək niyyətində olduqlarını bildirmişdilər. Onlar qitənin 49 MOK nümayəndəsindən biri olaraq, 43-cü Baş Assambleyaya qatılıblar. Bu günkü toplantıda Ermənistan Olimpiya Komitəsi Bakı-2015-də çıxışa rəsmi razılıq verdi».

Həmin kateqoriyadan