Ermənistanda oynamış futbolçu “Zirə”də

“Zirə” heyətinə yeni futbolçu cəlb edib. Allsport.az saytı xəbər verir ki, qəsəbə təmsilçisi Fil Dişi Sahilindən olan İsmayıl Fofanla anlaşıb.

Hücumçu ilə 6 ay + 1 illik müqavilə bağlanılıb. 30 yaşlı forvardın son klubu Serbiyanın “Voyvodina” klubu olub.

O buna qədər İngiltərədə “Çarlton” (2006-2010), Ermənistanda “Şirak” (2012-2013), İranda “Zob Axan” (2013), Serbiyada “Partizan” (2013-2016) və Çində “Çindao” komandalarının formasını geyinib.

Həmin kateqoriyadan