Ernan Krespo paytaxtda

Gələn ilin mayın 29-da Bakı olimpiya stadionunda keçiriləcək Avropa liqasının finalına təbliğat çərçivəsində dünya şöhrətli argentinalı futbolçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində paytaxtımızda səfərdə olub. Allsport.az saytı xəbər verir ki, dekabrın 22-dən etibarən Bakıda fəaliyyətə başlayan yarış muzeyində ünlü hucumçu AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb, gələn il keçiriləcək final qarşılaşması barədə fikir mübadiləsi aparılıb. 

Sonra argentinalı futbol ulduzunun imza mərasimi təşkil olunub. Bakı sakinlərinin və şəhərimizin qonaqlarının böyük marağına səbəb olan tədbirdə ondan avtoqraf almaq, onunla şəkil çəkdirmək imkanı qazanıblar. Tədbirin sonunda UEFA-nın ulduz səfirinin media üçün brifinqi keçirilib.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA icraiyyə komitəsi tərəfindən 2019-cu ildə Avropa liqasının finalının Bakı olimpiya stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Həmin kateqoriyadan