“Ersgebirge” darmadağın etdi, Dmitri Nəzərov 2 qol vurdu

Almaniya 2-ci bundesliqasının 8-ci turunda millinin yarımmüdafiəçisi Dmitri Nəzərovun şərəfini qoruduğu “Ersgebirge” doğma meydanda Drezden “Dinamo”suna 4:1 qalib gəlib.

Allsport.az saytı xəbər verir ki, futbolçumuz start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib. O, komandasının 2 qolunu vurub. 27-ci dəqiqədə penaltidən, 39-da dəqiqədə düzgün vuruşla fərqlənib. Dima 54-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Aue təmsilçisi 14 xalla 18 kollektiv arasında 4-cü pilləyə yüksəlib.

Həmin kateqoriyadan