“Ersgebirge” evdə liderə uduzdu, Dmitri Nəzərov 90 dəqiqə oynadı

Almaniya 2-ci Bundesliqasının 13-cü turunda millimizin yarımmüdafiəçisi Dmitri Nəzərovun çıxış etdiyi “Ersgebirge” doğma meydanda “Hamburq” ilə qarşılaşıb.

Allsport.az saytı xəbər verir ki, ev sahibləri bu matçda 1:3 yenilib. Futbolçumuz start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Aue təmsilçisi 14 xalla 18 iştirakçı arasında 13-cü yerdədir.

Həmin kateqoriyadan