“Ersgebirge” qalib gəldi, milli futbolçumuz 79-cu dəqiqə oynadı

Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nəzərovun çıxış etdiyi “Ersgebirge” doğma meydanda “Kayzerslautern”lə qarşılaşıb.

Ev sahibləri bu görüşdən qələbə ilə ayrılıb (2:1). Futbolçumuz start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib. O, 67-ci dəqiqədə sarı vərəqə alıb.

“Ağ-bənövşəyilər” 28 xalla 18 klub arasında 14-cü pilləyə yüksəlib.

Həmin kateqoriyadan