“Ersgebirge” qalib gəldi, qol ötürməsini Dmitri Nəzərov verdi

Almaniya 2-ci Bundesliqasında 26-cı turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nəzərovun çıxış etdiyi “Ersgebirge” doğma meydanda “Sankt Pauli” ilə qarşılaşıb.

Futbolçumuzun klubu bu matçda qalib gəlib (1:0). Yarımmüdafiəçimiz start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. O, komandasının 28-ci dəqiqədə vurduğu yeganə qolda məhsuldar ötürmə verib.

“Ağ-bənövşəyilər” 26 xalla 18 klub arasında 15-ci pilləyə yüksəlib.

Həmin kateqoriyadan