Estoniyaya məğlubiyyətin əvəzini bizdən çıxmaq istəyir

Avropa çempionatı-2016-nın seçmə mərhələsində «ay-ulduzlular»ımızın rəqibi olan Norveç yığması dünən səfərdə Estoniya ilə keçirilən yoxlama matçında 0:1 hesabı ilə uduzub. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra baş məşqçi Per-Matias Hoqmo məğlubiyyətə belə aydınlıq gətirib:

«Yoldaşlıq görüşləri hər zaman faydalı olur. Birinci hissədə pis oynadıq. Təkbətək mübarizələrdən qalib çıxa bilmədik. Fasilədən sonra da istəyimiz baş tutmadı. Səhvlərdən nəticə çıxarıb, bizi qarşıda Azərbaycan komandası ilə gözləyən rəsmi matçdan qalib ayrılmağı düşünürük».

Həmin kateqoriyadan