Evangelos Platellas: Son 6-7 ildə çempion olduqlarına görə, əksəriyyət “Qarabağ”ı tanıyır

“Neftçi”nin qış transferndə heyətinə qatdığı yunanıstanlı yarımmüdafiəçi Evangelos Platellas həmyerlilərinə müsahibə verib. Allsport.az saytı xəbər verir ki, 30 yaşlı futbolçu “ağ-qaralar”a keçidi barədə bunu deyib:

“Düzdür, mən heç vaxt Yunanıstanı tərk etmədiyim üçün bu barədə ciddi düşünmürdüm. Azərbaycan çempionatı yaxşıdır, son vaxtlar səviyyə artıb. Futbol oynamaq üçün yaxşı şərait var. Azarkeşlər hər zaman komandanın yanında olurlar, sənə hörmət edirlər.

Nə meydanda, nə də ondan kənarda problemimiz var. Hər şey vaxtında həll olunur və saat kimi işləyir. Son 6-7 ildə çempion ilduqlarına görə, əksəriyyət “Qarabağ”ı tanıyır. Ancaq ölkənin ən tarixi klubu “Neftçi”dir”.

Həmin kateqoriyadan