Evdə “Qarabağ”a qalib gələn “Slovan” klubu iç çempionatda “Slovaçko”nu uda bilməyib

Çex Respublikasının 1-ci liqasında 15-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Slovan” doğma meydanda “Slovaçko” ilə qarşılaşıb.

Libereç təmsilçisi bu matçda heç-heçə edib – 2:2. “Slovan” hazırda 15 xalla 16 klub arasında 12-ci pillədədir.

Həmin kateqoriyadan