- Baxış sayı: 36
- 24 Aprel 2024 23:00
- Baxış sayı: 35
- Aprel 23, 2024
- 0
İspaniya La Liqasında 14-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Eybar” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Real Sosyedad” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə 1:2 hesablı məğlubiyyətlə üzləşib. İsrafilov bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Eybar” hazırda 20 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.