EYOF-da 1-ci yer tutan Cəbrayıl Hacıyev dünya birinciliyində eyni nəticəni təkrarladı

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilərin dünya birinciliyi start götürüb. Allsport.az saytı xəbər verir ki, bu gün “sərbəstlər”də 5 çəkidə final görüşləri olub.

Ötən həftə paytaxtımızda təşkil olunan Avropa yeniyetmələr olimpiya festivalında baş mükafata yiyələnən Cəbrayıl Hacıyev (65 kq), eyni nəticəni Balkanlarda da göstərib.

Fərəhlidir ki, o, Bakıda finalda üstün olduğu gəldiyi rusiyalı Batirbəy Tsxovrebova yenə həlledici tutaşmada qalib gəlib.

Həmin kateqoriyadan