“Fənərbağça” – “Azərreyl” matçını bolqarıstanlı hakimlər idarə edəcək

Qadın voleybolçuların Avropa çempionlar liqasında mübarizə aparan “Azərreyl”in 2-ci turdakı oyununun hakim təyinatları açıqlanıb.

Allsport.az saytı xəbər verir ki, komandamızın yanvarın 11-də Türkiyənin “Fənərbağça” klubu ilə keçirəcəyi səfər qarşılaşmasının baş hakimi bolqarıstanlı İvaylo İvanov olacaq.

Ona italiyalı Simone Santi kömək edəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Həmin kateqoriyadan