“Fənərbağça” öz meydanında uduzdu, Polina Rəhimova 24 xal topladı

Bu gün millimizin voleybolçusu Polina Rəhimovanın çıxış etdiyi “Fənərbağça” klubu Türkiyə Sultanlar liqasında növbəti oyununu keçirib.

Allsport.az saytı xəbər verir ki, “sarı bülbüllər” 20-ci turda öz meydanında “Vəkfbank”ı qəbul edib.

Gərgin görüşdə qonaqlar qalib gəlib – 3:1 (29:27, 25:17, 21:25, 25:20). Bu matçda diaqonal hücumçumuz 24 xalla ən məhsuldar olub.

Həmin kateqoriyadan