Fərhad Əliyev: Bakı-2015-ə qədər dağ velosipedçilərimiz 4 yarışda çıxış edəcəklər

«Dağ velosipedçilərimiz İspaniyada təlim-məşq toplanışından qayıdıblar. Onlar hazırlığın bir hissəsini Bakıda davam etdirəcəklər» Bunu allsport.az saytına açıqlamasında AVİF-in baş katibi Fərhad Əliyev dedi. O bildirdi ki, Avropa Oyunlarına qədər millimizi bir neçə beynəlxalq yarış gözləyir:

«Dağ velosipedçilərimiz Sloveniya, Almaniya və Türkiyədə bir neçə mərhələdə iştirak edəcəklər. Sonra seçmə komandamızı İtaliya daha bir sınaq gözəyir. Mountenbayk Bakı-2015-in proqramına daxil olduğu üçün, bü velosiped idmanı novünə də diqqətimiz böyükdür».

Həmin kateqoriyadan