Fərhad Kasimov: Ermənistana səs verməyimizlə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Qılıncoynatma federasiyasının vitse-prezidenti Fərhad Kazımov 2 il öncə Polşanın Torun şəhərində keçirilən FİE-nin konqresində iştirak məsələsinə aydınlıq gətirib. Allsport.az saytı AQF-ə istinadən xəbər verir ki, o, dərc edilənlərə belə şərh verib:

“2016-cı ilin iyununda Polşanın Torun şəhərində keçirilən konqresdə mən Beynəlxalq Qılıncoynatma Federasiyasının müşaviri qismində çıxış etmişəm. FİE-nin nümayəndəsi kimi mənim səsvermədə iştirak etmək kimi səlahiyyətim olmayıb. Ümumiyyətlə, mən 2017-ci ilin payızına kimi Azərbaycan Qılıncoynatma Federasiyasında təmsil olunmamışam.

Mətbuatda bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Qeyd edim ki, səsvermə gizli formatda keçirillir və səs verən şəxsdən başqa heç kim onun hansı ölkəyə və ya namizədə səs verdiyini bilə bilməz. Bu səbəbdən də, Avropa Qılıncoynatma Konfederasiyasının gizli keçirilən səsvermənin nəticələrini hansısa jurnalistə göndərdiyini və ya ictmaiyyətə açıqlayacağını iddia etmək də absurddur”.

Qeyd edək ki, KİV-də Avropa Qılıncoynatma Konfederasiyasının 2016-cı ildə təşkil olunan toplantısında sabiq 1-ci vitse-prezidenti Yaşar Məmədov və Fərhad Kasimov bu günlərdə startı verilən U-23 Avropa birinciliyinin Ermənistanda keçirilməsinə səs vermələri qeyd olunub.

Həmin kateqoriyadan