Fərhad Məmmədovun komandası ACF-nin təşkil etdiyi İspaniya təlim-məşq toplanışında

Millimizin əsas üzvləri İspaniyada Avropa Cüdo Federasiyasının təşkil etdiyi təlim-məşq toplanışındadır. Allsport.az saytı xəbər verir ki, Kastelldefels şəhərində komandamız baş məşqçi Fərhad Məmmədov və məşqçi Mehman Əzizovun rəhbərliyi ilə gündə 2 dəfə məşq edirlər. Cüdoçularımız İspaniya toplanışını başa vurduqdan sonra iyulun 7-də millimiz vətənə qayıdacaq.

Təlim-məşq toplanışında Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi – 73 kq), Tural Safquliyev (90 kq), Elxan Məmmədov, Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) iştirak edirlər.

Qeyd edək ki, hazırlıqlarını Bakıda davam etdirəcək cüdoçularımız iyulun 22-də Belarusun paytaxtı Minskdə keçiriləcək Avropa açıq çempionatına qatılacaqlar.

Həmin kateqoriyadan