Fərhad Məmmədovlu millimiz dünya çempionatına uğurla başladı: Orxan Səfərovdan gümüş medal

Macarıstanın paytaxtı Budapeştdə cüdoçuların dünya çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, Fərhad Məmmədovun rəhbərlik etdiyi millimiz yarışın elə ilk günündə fərqlənib.

60 kq-da çıxış edən Orxan Səfərov 3 görüşünü ipponla, 1 görüşü isə əzmkar mübarizə ilə – son olimpiya oyunlarının gümüş mükafatçısını Diyarbəy Uruzbəyovu (Özbəkistan) məğlub edərək, finala adlayıb.

Həlledici görüşdə həmyerlimiz yaponiyalı Naohişa Nakato uduzaraq gümüş medalla kifayətlənib.

Həmin kateqoriyadan