Fəridə Əzizova Rio-2016-nın taekvondo hakimlərindən sərt gileyləndi

“Bu günə qədər heç bir hakimə bircə dəfə də hörmətsizlik eləməmişəm. Amma qardaş, niyə belə edirsiniz”? Allsport.az saytı xəbər verir ki, bunu Rio-2016-da 5-ci yeri tutan taekvondoçumuz Fəridə Əzizova öz Facebook səhifəsində yazıb. O, 1/2 final döyüşünun referi heyəti haqqında sərt ifadələr işlədib: “Boş yerə cərimə də veriləndə, baş əyib döyüşmüşəm.

Amma etiraz kartı çıxaranda, ona baxmamaq nədir? Əgər dünən etiraza baxılsaydı, rəqibə cərimə verib, xalını silərdiniz. Eyni şey, 2 olimpiadadır baş verir. London -2012-də mənim başa vurduğum təmiz zərbə sayılmadısa, Rioda rəqibin tutaraq başa vurduğu zərbəyə xal verildi. Bürünc medal ugrunda mübarizədə uduzdum, etiraf edirəm, amma yarimfinal…”.

Taekvondoçumuz iddia edib ki, hakimlər döyüşlər zamanı sosial şəbəkədə olurlar: “İndi baxıram: baş hakimlər və təkrar videoya baxanlar oturublar Facebook-da canlı yayimda. Başınızı telefondan çıxarın də. Döyüş gedir. Bəlkə udan, uduzan var. Bəlkə biri ölüb orda…”.

 

Həmin kateqoriyadan