Fərid Atakişiyev milliyə dəvət alıb

Təlim-məşqi Bakıda davam etdirən futzal millimizin heyətində dəyişiklik edilib. Allsport.az saytı xəbər verir ki, Praqa “Sparta”sının üzvü Amadeu Fernandes viza ilə bağlı problemlə üzləşdiyindən, toplanışına qatıla bilməyib. Baş məşqçi EKOL klubunun üzvü Fərid Atakişiyevi hazırlığa dəvət edib.

Qeyd edək ki, ayın 24-dək paytaxtda olavaq yığma hazırlığını avqustun 25-dən 29-dək Minskdə davam etdirəcək. Toplanışda komandamız avqustun 26-da və 28-də Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Həmin kateqoriyadan