Fərid Calalov: Qrupda 2-ci yer tutacağımıza inanıram

Kişi voleybolçularımız Avropa çempionatının seçmə mərhələsində Lüksemburq millisinə 3:1 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra komandamızın baş məşqçisi Fərid Calalov bunu deyib:

“Bizim qrupuzda olan komandalar hamısı güclü idi. Elə bizdə zəif rəqib deyilik. Bir gündən sonra İsveçə yollanırıq. Hal-hazırda qrup ikicisiyik. Amma hər şey dəyişə bilər. Lüksemburq qrup sonuncusu olarsa, bu bizim ziyanımızadır.

İnanıram ki, biz qrup ikicisi olaraq keçəcəyik. Orta oyunçulardan çətinlik çəkirik. 2 voleybolçumuz bu gün də müəyyən səbəblərdən yox idilər. Artıq çox az vaxt var. Ona görə olan qüvvədən istifadə edəcəyik”.

Həmin kateqoriyadan