Fərid Mansurov: Artıq yerli məşq və güləşçilərə güvənmək zamanı yetişib

«Sərbəst güləşçilərimizin İranın Kirmanşah şəhərində keçirilən dünya kubokunda çıxışını çox uğurlu sayıram. Oraya tam heyətlə yollanmamışdıq. Buna baxmayaraq, yekunda 3-cü yeri tutduq. Komanda bu dəfə yerli baş məşqçi ilə fərqləndi. Buna ikiqat sevinirəm». Allsport.az saytı xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov dedi. Gənc mütəxəssisin sözünə görə, artıq yerli məşq və güləşçilərə güvənmək zamanı yetişib:

«Dünya kubokunun nəticəsi ona işarə etdi ki, artıq yerli məşqçilərə etimad göstərmək lazımdır. Onlar güləşçilərimizi əcnəbi mütəxəssislərdən yaxşı tanıyırlar, psixologiyalarına bələddirlər. Bizim məşqçilərdə idmançılarımıza qarşı, sanki ata qayğısı var, onların hər problemlərini görür və bilirlər, məsələyə vaxtında müdaxi etmək imkanları var. İslam həmrəyliyi oyunlarında uğurun davamının gələcəyinə inanıram».

Həmin kateqoriyadan