Fərid Mansurov: Azərbaycan boksu sürətlə inkişaf edir

 “Baku Fayt Lab” klubunun təşkilatçılığı ilə yeniyetmə boksçuların açıq birinciliyin açılışı olub. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov tədbirdə çıxış edərək, bədən tərbiyəsi və idmanın sürətli inkişafı üçün hər cür şəraitin yaradıldığını deyib. Olimpiya çempionunun sözünə görə, Azərbaycan dövlətinin bu sahəyə yüksək diqqət və qayğısı nəticəsində idmanın digər növləri kimi, boks da sürətlə inkişaf edir və yeniyetmələr arasında təşkil edilən turnirlərin onların təcrübələrinin artırılmasında böyük rol oynayır.

Dünya kubokunun və Avropa çempionatının qalibi Rövşən Hüseynov boksun inkişafından və əldə edilən uğurlardan danışıb, Azərbaycanda klub və cəmiyyətlərin boksun inkişafına böyük töhfələr verdiyini qeyd edib. O,
“Baku Fayt Lab” klubun təşkil etdiyi açıq birinciliyin əsl idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini bildirib.

Dünya birinciliyinin qalibi Fərhad Acalov ölkəmizdə idmanın, o cümlədən boksun inkişafı istiqamətində böyük işlərin görüldüyünü vurğulayıb. Açıq birincilikdə yerli idmançılarla yanaşı, əcnəbi boksçuların da iştirakının önəmini vurğulayan gənc mütəxəssis, bunun turnirdə rəqabət mühitini artırdığını diqqətə çatdırıb.

Azərtac.az-ın məlumatına görə, açılış mərasimi “Baku” rəqs qrupunun ifasında maraqlı proqramla davam edib. Sonra yarışlara start verilib. Boks Mərkəzində keçirilən yarışda ölkəmizin şəhər və rayonlarından 2001-2002-ci illər təvəllüdlü boksçularla yanaşı, iraqlı idmançılar da iştirak edirlər. Tədbirə dekabrın 22-də yekun vurulacaq.

Həmin kateqoriyadan