Fərid Mansurov: Böyük yarışların ölkəmizdə təşkili bizə göstərilən yüksək etimaddır

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə AAAF park yaşayış kompleksinin yarış zalında pauerliftinq, benç-press və dedlift üzrə beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, bu rəqabətdə bizimkilərlə yanaşı, İran, Rusiya, Türkiyə və Gürcüstandan olan idmançılar qatılıblar.

Turnirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini bildirib. Azərtac.az-ın məlumatına görə, olimpiya çempionu beynəlxalq arenalarda qazanılan qələbələr sayəsində bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanındığını xatırladıb:

“Beynəlxalq arenada qazanılan nailiyyətlərlə yanaşı, Azərbaycan mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi edir. Birinci Avropa, IV İslam Həmrəyliyi oyunları, dünya və Avropa çempionatları, Formula 1 yarışlarını buna misal göstərmək olar. Bu mühüm yarışların ölkəmizdə təşkili dünya idman ictimaiyyətinin Azərbaycana göstərdiyi etimaddır. Biz bu etimadı daim layiqincə doğrultmuşuq. Azərbaycanda inkişaf edən idman növlərindən biri də pauerliftinqdir. Belə yarışlar pauerliftinqin inkişafında böyük rol oynayır. Təşkilatçılıq ən yüksək səviyyədədir və əminəm ki, bu turnir ənənəvi hal alacaq”.

Həmin kateqoriyadan