Fərid Mansurov: Gələcəkdə güləşçilərimizin daha böyük nəticələr qazanacaqlarına əminəm

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə 22-ci beynəlxalq yarışda uğurla çıxış etmiş komanda üzvləri görüş keçirildi. Allsport.az saytı xəbər verir ki, Gənclər və İdman Nazirliyində təşkil edilən tədbirdə idman şöbəsinin müdiri Fərid Mansurov qatıldı.

O, bahadırlarımızın qazandıqları nəticələrin sevindirici olduğunu dedi. Medal qazanan idmançılarımızı təbrik etdi, gələcək karyeralarında daha böyük nəticələr qazanacaqlarına əminliyini bildirib.

Olimpiya çempionu oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə yeniyetmələrin olimpiadasına ciddi hazırlığın vacibliyini də vurğulayıb.

Həmin kateqoriyadan