Fərid Mansurov karate və taekvondo komandalarımızından razı qalıb

İstanbulda taekvondo üzrə klublararası Avropa çempionatında və Dubayda karate1 premyer liqasında uğurla çıxış edən komanda üzvləri ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, 1-ci vitse-prezident Fərid Əsgərov, baş katib Mirhəsən Seyidov, gənc taekvondoşulardan ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov və idmançılar iştirak ediblər.

Olimpiya çempionumuz hər 2 yığmanın çıxışından razılıq ifadə edib, AMKF strukturunda baş verən dəyişikliklərə və yeni təyinatlara görə təbriklərini çatdırıb. İdman karatesinin 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına daxil edildiyini xatırladan nazirliyin şöbə müdiri, Tokioda millimiziə medallar qazanacaqlarına əminliyini bildirib.

Yaşar Bəşirov qarşıda Avropa və dünya çempionatlarında da uğurla çıxış edəcəklərinə inandığını söyləyib.

Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov çıxışlarında bu il Argentinada keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına daha çox lisenziyanın qazanılmasını qarşıda duran əsas hədəf olduğunu bildiriblər.

Həmin kateqoriyadan