Fərid Mansurov – uğurlu nazirin uğurlu təyinatı!

Azərbaycanın müstəqillik qazandıqdan sonra, yeni addımlar atan hər bir ölkə kimi, bir çox sahələrdə özünü tanıtmağa ehtiyac duyulurdu. Sözsüz ki, bu mənada idmanın və onun tərənnümçülük xüsusiyyətlərinin rolu danılmazdır. Təbii, bunun üçün, ilk növbədə, dövlətin simasına çevrilən aparıcı növlərinə dəstək verilməsi vacibdir. Bunu, ilk olaraq, həmişə düşünülmüş siyasəti, müdrikliyi, səs-səda doğuran addımları ilə seçilən ümummilli lider Heydər Əliyev etdi. Dahi siyasətçinin yeni yaranan Azərbaycanı dünya idman aləminə tanıtdırmaq üçün hər cür dəstək verdi. Onun layiqli davamçısı, ölkə başçısı İlham Əliyev, öz növbəsində, əhalinin müxtəlif təbəqələrinin idmana cəlb edilməsini üçün, bu sahəyə böyük qayğı göstərir. Bu işdə olim­pi­ya hə­rə­ka­tına da geniş yer verilib. Çün­ki olip­mizm ide­al­la­rı ümum­bə­şə­ri ma­hiy­yə­ti ilə mü­tə­rəq­qi dü­şün­cə tər­zi­nin, tə­fək­kü­rü­nün, elə­cə də mil­li-mə­də­ni, so­si­al-ic­ti­mai ba­xış­la­rı bir­ləş­di­rir. Hər 4 il­dən bir ke­çi­ri­lən olim­pia­da­lar özün­də bir döv­rün müx­tə­lif re­gio­nun­da­kı ha­di­sə­lə­rin an­no­ta­tiv təh­li­li və he­sa­ba­tı­dır. O, cə­miy­yə­ti­miz­də baş ve­rən­lə­rin ini­ka­sı, za­ma­nın sülh nəb­zi­dir.

Bu gün elə «dördilliy»in bizə bəxş etdiyi qəhrəmanların birindən söhbət açacağam. Fərid Mansurov – gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri, olimpiya, 2-qat dünya çempionu. 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatında da hamı ondan qızıl medal gözləyirdi. Bu da əbəs deyildi. Axı, onun titulları sırasında yalnız Avropa çempionluğu yox idi. Özü də əla formadaydı. Təəssüf ki, o bu dəfə də arzusuna çatmadı. İspan rəqibi ilə görüşdə publikaya işləyən effektli fəndlə 4 xal qazanması ona baha başa gəldi, ağır zədə aldı. Çənəsinin 2 yerdən sınmasına rəğmən, sonrakı görüşə də çıxdı. Qoruyucu dəbilqəylə isveçli rəqibi önünə çıxan Fərid arenaya toplaşanları növbəti qələbəsiylə ayağa qaldırdı. Dözülməz ağrılarla 1/8 final görüşündən qələbəylə ayrılan müasir yunan- Roma güləşimizin «səraslanı» həkimlərin məsləhətiylə sonrakı mübarizədən imtina etdi. Arenada, ciddi zədəyə görə, onun Avropa çempionatında çıxışını dayandırması elan olunanda, azarkeşlərin «FƏRID – ÇEMPION!» sədalarıyla idmançıya dəstəyi özü də bir zirvədir.

İlk tanışlıq

Fərid Mansurovla əyani tanışlığım 2004-cü ilin yayına təsadüf edib. İdmançılarımız Afina olimpiadasına hazırlaşırdılar, vəsiqə qazananlar məlumdu. Onda «Futbol+qol» qəzetində çalışırdım – qızmar istidə işin qızğın vaxtıydı – həftədə ən azı, 2 dəfə lisenziyaçılardan müsahibə götürməliydim. Elə oldu növbə Fəridə çatdı. Görüş üçün Tofiq Bəhramov adına stadionun güləş zalına yollandım. «Klassiklər» orda təlim-məşq keçirdi. Məni adəti üzrə millininin o vaxtkı baş məşqçisi Elçin Cəfərov qarşıladı. Çox mehriban, qonaqpərvər, sülhsevər, ağıllı, işini və yerini bilən insandır və sözsüz ki, güclü mütəxəssisdir – bu günlərdə 60-illik yubileyini qeyd etdi. Güləşçilərimizin fotoları onun otağında dolu olardı. Hamısını səliqəylə saxlayırdı. Komanda üzvlərinə ata kimiydi. Həmin dövrdə internet elə də geniş yayılmamışdı. Şəkil lazım olanda, qaytarmaq şərtiylə ondan istəyirdim.
Xülasə, zalda bir az söhbət etdikdən sonra, nə üçün gəldiyimi dedim. Uzaqdan Fəridi səslədi. Gələndə, əmiranə tərzdə bildirdi ki, bu oğlan jurnalistdir, məşqdən sonra ona müsahibə verməlidir. Komandanın hazırlığını sonadək izlədim. İdmançımız yuyunub çıxdıqdan sonra birgə birinci mərtəbəyə, çayxanaya düşdük. İndi onun yerində kikboks və boks məşğələləri keçirilir. Fəridlə söhbətdə kim bilərdi ki, təqribən bir aydan sonra, o, olimpiya millimizin yeganə qızıl medalını qazanacaq? Hələ o vaxtdan söhbətcildi. Elə idmançılar vardı ki, ondan cavabı maqqaşla dartırdın, amma Fəridlə danışmaq rahat idi, suala ətraflı cavab verirdi.

Onunla güləş federasiyasında işlədiyim ilyarım müddətində (2009-2010) daha yaxından tanış oldum. Məlum zədədən sonra, artıq karyerasını başa vurmuşdu. Ona AGF-də gənclər üzrə vitse-prezidentlik həvalə edilmişdi. Tez-tez bizim media və ictimaiyyətlə əlaqələr departamentə gəlirdi. Qurumun rəhbəri Aysel Osmanlı ilə dost idilər. Tanınmış həmkarımın nəvəsi onun pərəstişkarlarındandı, güləşməsinə heyrandı. Ailə qurması da o dövrə təsadüf etdi. Toyuna məni də çağırmışdı. Təşəbbuskar, artıq o dövrdə vitse-prezident olan Elçin Cəfərov idi. «Madonna»ya 800 nəfər güclə sığırdı. Bəy-gəlin fotosunun satışına qadağa qoymuşdu. Məqamına uyğun yüksək səviyyəli yığıncaq, şadyanalıq oldu. 1-ci vitse-prezident Namiq Əliyev federasiya rəhbərliyi adından bəyi toyda təbrik edərkən, qulağına nəsə pıçıldamışdı. Nəydi? Bunu yazmayım, sözsüz ki, Fəridin adına layiq AGF tərəfdən gözəl jest idi! 

Zirvəyə məhz olimpiya oyunlarının vətənində yetişdi

25 av­qust 2004-cü il. Bu ta­rix də Azər­bay­ca­nın olim­pi­ya sal­na­mə­sin­də əbə­di ye­ri­ni tu­ta­caq. Azər­bay­can him­ni qə­dim olim­pi­ya yur­dun­da səs­lən­di. Yu­nan-Ro­ma gü­ləş­çi­miz Fə­rid Man­su­rov fəx­ri kür­sü­nün ən yük­sək pil­lə­si­nə qalx­dı. Bu zə­fər tək bu­nun­la əla­mət­dar ol­ma­dı. 4 il əv­vəl Na­miq Ab­dul­la­yev sər­bəst gü­lə­şi­mi­zin ən bö­yük uğu­ru­na im­za at­dı­ğı ki­mi, Azər­bay­can «klassik» gü­lə­şi­nin də ta­ri­xi­nə ilk bö­yük sə­tir ya­zıl­dı. Doğ­ru­dur, 1988-ci il­də Azər­bay­can cü­ləş mək­tə­bi­nin ye­tir­mə­si Ka­man­dar Mə­ci­dov Se­ul­da qı­zıl me­da­la sa­hib çıx­mış­dı və onun uğu­ru da bi­zim üçün doğ­ma­dır. An­caq Kaman­dar o vaxt so­vet yığ­ma­sın­da Be­la­ru­su təm­sil et­di­yin­dən, me­da­lın şan-şöh­rə­ti, adı da bu res­pub­li­ka­ya çat­mış­dı.

Fə­rid isə olim­pi­ya oyun­la­rı­nın və­tə­nin­də müs­tə­qil Azər­bay­ca­nın adı­nı ucaltdı. Özü də bu­nu Mər­kə­zi Or­du İd­man Klu­bu­nun təm­sil­çi­si – Azərbaycan or­du­sun­da Və­tən xid­mə­tin­də mü­səl­ləh əs­gər ki­mi et­di. Gənc olması­na bax­ma­ya­raq, onun id­man kar­ye­ra­sı «çə­tin­lik­lər­dən zir­və­yə» drama­tiz­mi ilə zən­gin­dir. Hə­lə uşaq­kən «ta­ek­von­do, yox­sa gü­ləş» se­çi­mi­ni qo­ca­man us­tad Əli­qu­lu Hə­sə­noğ­lu­nun is­te­dad­la­rı gör­mək ba­ca­rı­ğı ilə həll et­di. «Neft­çi» cə­miy­yə­ti­nin bi­rin­ci­li­yin­də, son­ra İran­da ilk bey­nəl­xalq tur­ni­ri ilə baş­la­yan bu yol 15 ya­şın­da ye­ni­yet­mə­lə­rin dün­ya bi­rin­ci­li­yin­də­ki «gümüş»­lə möh­kəm­lən­di. 2000-ci il­də öl­kə çem­pio­nu adı­nı qa­za­nan Fə­rid ilk bö­yük zir­və­si­ni bir il son­ra Daş­kənd­də fəth et­di. Qa­bır­ğa­sın­da çat ol­sa da, fik­rin­dən dön­mə­di, xal­ça üzə­ri­nə çıx­dı və gənc­lə­rin dün­ya çem­pio­nu ti­tu­lu­nu qazan­dı. Olim­pia­da­ya li­sen­zi­ya­nı da be­lə qazandı – qə­lə­bə eş­qi­nin ehtirasının gü­cü ilə. Onun xa­rak­te­ri be­lə­dir. «Ça­lış­qan, fik­ri-zik­ri qə­lə­bə olan, heç vaxt ruh­dan düş­mə­yən uşaq­dır» – vax­ti­lə Əli­qu­lu Hə­sə­noğ­lu yetirmə­si haq­qın­da be­lə de­yir­di. Məşq­çi­si bir də onu de­yir­di ki, Fə­ri­din fəndlə­ri əks-fən­də çevirmək, mə­qa­mı duy­maq qa­bi­liy­yə­ti çox güc­lü­dür. Bunu olim­pia­da­da bir da­ha gö­rüb əmin ol­duq. Həm də ne­cə?

Fə­rid Mansurov ya­rış bo­yu yal­nız ən güc­lü, dün­ya şöh­rət­li nə­həng­lər­lə güləş­di. Qrup ya­rı­şın­da 1992-ci il­dən bu ya­na olim­pi­ya kür­sü­sün­dən düşmə­yən ku­ba­lı Xu­an Lu­is Ma­ri­ni 3:0-lıq qə­lə­bə ilə yen­di. At­lan­ta oyunlarının çem­pio­nu, dö­şək­də tüğ­yan edən pol­şa­lı Ri­çard Vol­nı­ya da ey­ni üsu­lu tət­biq edib 6:2 he­sa­bı ilə qa­lib gəl­di. Bu gö­rüş­lər­də Fə­rid tak­ti­ki-texniki fənd­lər­lə rə­qib­lə­ri­nə aman ver­mə­di, on­la­rı dö­şək üzə­rin­də vurnuxma­ğa va­dar et­di.
1/4 fi­nal­da o, iki­qat Asi­ya çem­pio­nu Pər­viz Zeyd­vənd­lə bir qə­dər fərq­li üslub­da mü­ba­ri­zə apar­dı. 2 xal qa­za­nıb göz­lə­mə möv­qe­yi tut­du. 3 xal həddi­ni aş­ma­dı­ğı üçün əla­və vaxt tə­yin edil­di. Fə­rid rə­qi­bə cə­mi 1 xal qazan­ma­ğa für­sət ver­di. Ya­rım­fi­nal­da da­ha prin­si­pi­al rə­qa­bət ola­caq­dı. 2002-ci il­də məhz nor­veç­li Cim­mi Sə­mu­el­son onu «dün­ya qı­zı­lı»ndan məhrum et­miş­di. Fə­ri­din tutaşmada üs­lub, tak­ti­ka se­çi­mi, hər fən­di vax­tın­da ye­ri­nə ye­tir­mək ba­ca­rı­ğı­nı bu­ra­da gör­dük. Əv­vəl­cə skan­di­na­vi­ya­lı id­man­çı 1 xal qa­zan­dı. Son­ra 6 də­qi­qə gər­gin rə­qa­bət ol­du. Bu həm də fərq­li psixologi­ya­la­rın dö­yü­şü idi. Əla­və vax­ta bu he­sab­la da ke­çi­lə­cə­yi gözlənilən an, Fə­rid 2 xal­lıq fənd iş­lət­di və ar­tır­ma də­qi­qə­lə­rin­də üs­tün­lük­lə yol­lan­dı. Çox­la­rı bu vaxt he­sa­bı qo­ru­ma­ğa ça­lı­şar­dı. Am­ma Fə­rid tam əminlik üçün he­sa­bı­na 1 xal da ya­za bil­di və bu ona qə­lə­bə gə­tir­di.

Onun son 3 Av­ro­pa çem­pio­na­tı­nın qa­li­bi tür­ki­yə­li Şə­rəf Əroğ­lu ilə mübarizəsi isə əsl dərs­lik nü­mu­nə­si­dir. Rə­qib id­man­çı rə­qi­bi par­ter vəziyyəti­nə sa­lar­kən iş­lət­di­yi fənd­lə məş­hur­dur. An­caq Fə­rid­lə bu, ke­çər­li ol­ma­dı. Şə­rəf Əroğ­lu, elə bu niy­yə­ti hə­ya­ta ke­çir­mək is­tər­kən, əks-hərəkətdə ya­xa­lan­dı və si­nə üzə­rin­dən aşır­ma fən­di id­man­çı­mı­za 3 xal qazan­dır­dı. İlk his­sə­də pəh­lə­va­nı­mız da­ha 1 xal əl­də et­di.
İkin­ci his­sə­də ona yal­nız tak­ti­ki mücadilə apar­maq la­zım idi. Əroğ­lu yal­nız fi­niş ərə­fə­sin­də se­vim­li fən­di­ni iş­lə­də bil­di; gü­cü, im­ka­nı da elə bu­na çat­dı və Fə­rid Man­su­rov olip­mia­da çem­pio­nu­dur! Tək elə bu qə­lə­bə­ni gör­mək üçün 18 gün o möh­tə­şəm oyun­la­rı iz­lə­mə­yə də­yər­di. Cə­mi 22 ya­şın­da ol­sa da, o, Azər­bay­can gü­ləş­çi­lə­ri üçün das­tan yaz­dı – əzm, ira­də, çə­tin­lik­lər­dən qorx­maq, ona si­nə gər­mək, öz məq­sə­di­nə doğ­ru inam­la ad­dım-ad­dım irəlilə­mək das­ta­nı. «İd­man­çı­la­rı­mı­zın, uğur­lu çı­xış­la­rı Azər­bay­can gənc­lə­rin­də və­tən­pər­vər­lik ru­hu­nu da­ha da yük­səl­dir. Biz gər­gin­li­yi, ye­ni­yet­mə­lə­ri­mi­zi və­tən­pər­vər­lik ru­hun­da tər­bi­yə et­mə­li­yik, bö­yüt­mə­li­yik. Əl­bət­tə, bu­nun çox bö­yük mə­na­sı var. Azər­bay­can or­du­su da güc­lə­nir, əs­gə­ri da­ha da pe­şə­kar olur. Bu ba­xım­dan bu­ra­da bö­yük mə­na var» de­yən öl­kə baş­çı­sı İl­ham Əli­yev də or­du əs­gə­ri­nin qə­lə­bə­si­nin rəm­zi mə­na­sı­nı xü­su­si qeyd et­di.
Av­qus­tun 26-da olimpiya oyun­la­rı­nı iz­lə­mək üçün Afi­na­ya gəl­miş Azərbaycan preziden­ti İl­ham Əli­yev onunla və seç­mə ko­man­da­nın baş məşq­çi­si El­çin Cə­fə­rov­la gö­rüş­dü. «Afi­na­da unu­dul­maz an­la­rın­dan bi­ri də döv­lət baş­çı­sı İl­ham Əli­ye­vin mə­ni təb­rik et­mə­siy­di. Çox hə­yə­can­lı idim. Qazan­dı­ğım bu qə­lə­bə əs­lin­də pre­zi­den­tin öl­kə id­ma­nı­na qay­ğı­sı­nın bəh­rə­si­dir» de­yən Fə­ri­d Mansurovun nai­liy­yə­ti­nə öl­kə rəh­bə­ri də öz qiy­mə­ti­ni ver­di: «Bu, bö­yük bay­ram­dır, bü­tün Azər­bay­can xalqı­nın bay­ra­mı­dır. Bu, Azər­bay­ca­nın gü­cü­nü, id­ma­nın sə­viy­yə­si­ni gös­tə­rir. Təkcə id­ma­nın de­yil, öl­kə­mi­zin sə­viy­yə­si­ni, şöh­rə­ti­ni gös­tə­rir».

Məşqçilikdən dövlət qulluğuna

Olimpiya çempionu karyerasını erkən bitirməsinə rəğmən, güləşdən ayrılmadı, vitse-prezident kimi işini davam etdirdi. Yunan-Roma millisinə baş məşqçi lazım olanda, sinəsini qabağa verdi. 2011-ci il çətin sınaq idi. Komandalar London-2012 oyunlarına hazırlığa başlamışdılar. Sentyabrda Onları İstanbulda lisenziyalı dünya çempionatı gözləyirdi. Yarışın açılışına o vaxt çalışdığım «İdman» qəzetində telefizordan baxdım. Keçmiş baş nazir, indiki prezident Rəcəb Tayyub Ərdoğan da təşrif buyurmuşdu. Mərasimdə duetdə canlı oxunan «Əziz dost» mahnısı Azərbaycan musiqisinin necə füsunkar, zəngin çalarlarının olduğu bir daha təsdiqlədi.

Nəticəyə gəldikdə, Mərmərə sahilində keçirilən rəqabət gərginliyi ilə fərqlənirdi. Dünyanın öncül bahadırları «Dumanlı Albion»a vəsiqəni elə bu yarışdaca həll edib olimpiadaya hazırlığı erkən plan əsasında başlamaq niyyətindəydilər. Bu üzdən, orda cəmi bir medalımız oldu – Rövşən Bayramov karyerasının ilk və yeganə dünya çempionluğununa qovuşdu. Onun uğuru, baxımlı və texnikalı güləşi komandanın liderinin, Fəridin yoxluğunu bir müddət hiss etdirmədi. Amma, nədənsə, federasiya rəhbərliyi gənc baş məşqçiyə güvənmədi, onun yerinə Saleh Boranın başçılıq etdiyi türkiyəli heyət gətirildi və beləliklə, «sərbəstlər»dən sonra bu növə də əcnəbi mütəxəssislərin ayağı açıldı.

2016-cı ilin 6 sentyabrında yayılan xəbər bütün idman ictimaiyətini sevindirdi: gənclər və idman naziri Azad Rəhimov idman şöbəsində boş qalmış müdir vəzifəsinə Fərid Mansurovu təyin etdi. Olimpiya çempionunun kürsüsündə çox adamın gözü vardı, 4 bir tərəfdən tapşırıq zəngləri gəlirdi. Ancaq uğurlu nazir elə şəxsin üzərində dayandı ki, onu hamı qəbul və təqdir edirdi. Gənc mütəxəssis yeni işinə başlayan kimi, islahata əl atdı: bəzi sektorlarda rəhbər dəyişikliyi oldu, bəzi şöbələrdə məsləhətçilərin əl-ayağı yığıldı. Ondan sələfi dövründə adların verilməsində yaradılan süni maneələr aradan qaldırıldı, düzgünlük bərpa oldu. Fərid Mansurovun idman ictimaiyətində rəğbətlə qarşılanan və bəyənilən özəl addımı müxtəlif növlər üzrə beynəlxalq yarışlarda fərqlənən komandalarla nazirlikdə görüşlərin təşkilidir. Bu toplantılarda idmançılar tribuna əldə edir və dövlət hesabına KİV-də hər tərəfli təbliğat olunur.

Bakı-2017 İslam olimpiadası və Buenos Ayres-2018 yeniyetmələrin olimpiya oyunlarında qazanılan uğurda onun da payı var. Bəzilərindən fərqli, vəzifədə olmasına rəğmən, sadəliyini itirmir. Yanına xahişə gedəndə, mümkündürsə, «hə» deyir və edir. Bəziləri kimi, yalandan ümid verib uzatmır, qarşısındakını bolşuna get-gələ salmır. Alınmayanda, açıq söyləyir və məsələni izah edir, yalandan bəhanə gətirmir. Dostluğa sədaqətlidir. İdmanda tanıdıqlarımdan, keçmiş komanda yoldaşı, hazırda təhsil nazirliyinin 8 saylı UGİM-in direktoru İlqar Abdulov, dünya və Avropa çempionatlarıınn mükafatçısı, indi taekvondo üzrə millinin böyük məşqçisi Rəşad Əhmədovla çox yaxındır. O, jurnalistlərlə də səmimidir, açıqdır. Dünyaya gəlişində də xoş təsadüf var: idmançıların himayədarı, dostu olmuş ümummilli lider Heydər Əliyevlə eyni gündə, mayın 10-da dünyaya gəlib. Əminəm ki, Fərid Mansurov idmançı kimi yüksəldiyi zirvəyə işində də nail olacaq. Buna onun ağılı, bacarığı, dürüstlüyü və artıq təcrübəsi də imkan verir. Yazını bu gündə yerləşdirməyimin səbəbsiz deyil. 5 mart – Bədən tərbiyəsi və idman günü ünlü güləşçinin bayramıdır. İndi o bu sahənin simasıdır. Məsuliyyəti də özü kimi böyükdür. 36 yaşlı gənc mütəxəssisin uğuru – biz idman adamlarının uğurudur. Başqa sözlə, digər çempionların yaxın gələcəkdə yüksək vəzifəyə etimad qazanma açarıdır.

Kamran HACI

Həmin kateqoriyadan