Fərid Mansurov: Ümid edirəm ki, olimpiyaçılarımız hər növdə qızıl medallar qazanacaq

Azərbaycan idmançıları Minsk 2-ci Avropa oyunlarına yola salınıb. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev beynəlxalq hava limanında yolasalmada gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov açıqlama verib:

“Əminəm ki, komandamız bu yarışlara yaxşı hazırlaşıb. Çünki 2-ci Avropa oyunları 2020-ci ildə Tokio olimpiadasına təsnifat xarakteri daşıyacaq.

Ona görə rəqabət baxımından bu yarış böyük önəm kəsb edir. Olimya və Avropa oyunları hər zaman sürprizlərlə doludur. Ümid edirəm ki, Azərbaycan idmanın hər növündə qızıl medallar qazanacaq. Bu hər bir idmançımızın vəzifəsidir”.

Həmin kateqoriyadan