F1 6 ayda 616 milyon dollar qazanıb

“Liberti Media” şirkəti “Formula1 Qrup”un 2017-ci ilin 2-ci rübü üzrə maliyyə göstəricilərini dərc edib. Allsport.az saytı xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə, ümumi gəliri 3% artaraq 616 milyon dollar təşkil edib. Eyni zamanda, xərclər də 5% artdığı üçün (415 milyon dollar) şirkətin xalis mənfəəti 45 milyon dollaradək azalıb.

Şirkət qeyd edib ki, gəlirin çoxalmasına teleyayım haqqının artırılması və yeni sponsorların cəlb edilməsi səbəb olub. F-1.az-a görə, mənfəəti azaldan xərclər isə amortizasiya ödəmələri, inzibati məsrəflər, azarkeşlərlə münasibətlərə çəkilən xərclər, Ultra HD keyfiyyətində yayımın təşkili xərcləri və avadanlıqların daşınması üçün təyyarə icarəsinin artması olub.

“Artıq mövsümün ilk yarısı arxada qalıb. Bu müddət ərzində tamaşaçı sayının artmasını gördük, eyni zamanda bizim rəqəmsal platformalarda iştirakımız da artıb. Biz qarşıdakı 3-5 il üçün strateji inkişaf planını hazırlayırıq. Əsas diqqətimizi yeni azarkeşlərin cəlb olunmasına cəmləmişik, çünki auditoriyanın artımı biznesə müxbət təsir edir və uzunmüddətli perspektivdə göstəricilərin artmasına əsas olacaq” – deyə, Çeyz Keri bildirib.

Həmin kateqoriyadan