F1 Füzuli çempionatının qalibi kim olub?

Bakı Şəhər Halqası əməliyyat şirkəti və Avtomobil federasiyasının birgə təşkilatçılığı əsasında “Sənin sürət formulan” şüarı ilə simulyatorda Formula1 çempionatının Füzuli yarışında 9-cu sinif şagirdi Hüseyn Eyvazov fərqlənib.

Allsport.az saytı xəbər verir ki, bölgələrdə avtoidman maarifləndirmə ayı çərçivəsində keçirilən tədbirlərin ilk günü – fevralın 28-də AAF mütəxəssisləri Horadiz şəhərinin 1, 2, 3 saylı və Əhmədalılar kənd tam orta məktəblərindən 200-dək 9-11-ci sinif şagirdinə yol hərəkətinin təhlükəsizliyi mövzusunda təlimlər veriblər. Təlimlərin sonunda məktəblilərə müvafiq sertifikatlar təqdim olunub. Həmçinin eyni gün simulyatorlar rayon ictimaiyyətinin istifadəsinə açıq olub.

Martın 1-də isə təlimlərdə iştirak edən yuxarı sinif şagirdləri arasında simulyatorda Formula1 yarışı keçirilib. Yarış zamanı Bakı Şəhər Halqasını 1 dəqiqə 50 saniyəyə (1:50:468) dövrə vuran şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Hüseyn Eyvazov bu göstərici ilə iştirakçılar arasında ən sürətli nəticəyə yiyələnərək çempionatın Füzuli yarışının qalibi olub.

Həmin kateqoriyadan