Faiq Qarayev dünya çempionatı üçün 14 voleybolçunu seçib

Məlum olduğu kimi, sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada qadın voleybolçuların dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda baş məşqçi Faiq Qarayev bu 14 oyunçunun xidmətindən yararlanacaq:

Yana Əzimova, Anastasiya Qurbanova, Odina Əliyeva, Ayşən Əbdüləzimova, Alena Həsənova, Yelizaveta Səmədova, Natalya Məmmədova, Yana Kulan, Kristina Yaqubova, Aynur İmanova, Yuliya Kərimova, Polina Rəhimova, Şəfaqət Alışanova və Bəyaz Əliyeva.

Qızlarımız Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo və Koreya yığmaları ilə 1 qrupda mübarizə aparacaq.

Həmin kateqoriyadan