Faiq Qarayev FİVB və CEV prezidentləri ilə görüşüb

Romada FİVB prezidenti Graça Filho, vitse prezident Fabio Azevedo, CEV prezidenti Aleksandar Boriçiç, vitse prezident Özxan Mutlugil ilə AVF 1-ci vitse prezidenti Faiq Qarayev, Mixail Frişman, Onat Qurtun iştirakı ilə 3 saatlıq görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan voleybolunun bu günü görülən işlər və planlarla bağlı geniş iclas olmuşdur. İlk olaraq CEV prezidenti Azərbaycanda voleybol idman növünün hər kəs tərəfindən çox sevildiyini və AVF-nin gördüyü işlərdən danışdı. Ən əsas FİVB prezidentinə Avropa Çempionatının püşkatması ərəfəsində Azərbaycan prezidenti cənab İlham Əliyevlə olan görüşündən danışdı. Qeyd etdi ki, ən önəmlisi Azərbaycanda voleybola olan sevgi ilk olaraq ölkə başçısından başlayır.

“Hər zaman İlham Əliyev idmana və idmançılara böyük diqqət ayırır deyə bilərəm ki, bu diqqəti mən özüm də şahid oldum. Nəzərinizə çatdırım ki, AVF prezidenti cənab Cavid Qurbanov və Faiq Qarayev Azərbaycanda voleybolun, çimərlik voleybolunun inkişafı üçün böyük işlər görürlər. Azərbaycan hər zaman böyük yarışlara ev sahibliyi etməyə çalışır və bir neçə gündən sonra 4-cü İslam Həmrəylik Oyunları, may ayının sonunda Dünya Çempionatının təsnifat mərhələsinə və əsası sentyabr ayında Avropa Çempiomatının Final mərhələsinə ev sahibliyi edəcəkdir. Mən CEV prezidenti olaraq bildirmək istəyirəm ki, biz Azərbaycan voleybolunu CEV, Çempionlar Liqasında , Çağırış kubokunda daha fəal görmək istəyirik.

Biz tez-tez görüşməsək də hər zaman sizin gördüyünüz işlərdən xəbərdarıq və AVF-nin gördüyü işlər bizləri sevindirir. Statistlərin,məşqçilərin,orta məktəb müəllimlərinin seminarları keçirilir. Bu cür seminarlar voleybolu təbliğ etmək üçün ən gözəl vasitədir. Aşağı yaş qrup qruplarının (qız və oğlan) yaradılması, tikilən idman zalları bizi qürurlandırır. Qeyd edim ki, Azərbaycanda Voleybol,Çimərlik voleybolunun daha da inkişaf etməsi üçün əlimizdən gələn köməkliyi etməyə hazırıq” – Filho deyə bildirdi.

AVF I vitse-prezidenti Faiq Qarayev: “Sizin Azərbaycan voleybolu ilə bağlı dedikləriniz məni çox sevindirdi. Görülən hər bir işin qiymətləndirilməsi deyə bilərəm ki, bizi daha da böyük işlər görməyə həvəsləndirir. Bildirmək istərdim ki, AVF hər zaman Sizlərin bizə verdiyiniz dəstəyi görür və hiss edirik.

AVF Prezidenti Cavid Qurbanov hər zaman çalışır ki, voleybolumuz Avropa. Dünya reytinqində ən yüksək pillələrdə olsun. Qarşıda bizi böyük yarışlar gözləyir. Nəzərinizə çatdırmaq istərdim ki, bu yarışların yüksək səviyyədə keçirilməsi üçün böyük işlər aparırıq. Voleybol və çimərlik voleybolunun ölkəmizdə təbliğ olunması üçün böyük layihələrimiz var, artıq onların həyata keçirilməsinə başlamışıq”.

Həmin kateqoriyadan